“Barselona”dan 222 milyon avroya Neymarı transfer edən PSJ, daha bir bahalı keçidi reallaşdırıb.
Newsport.az saytının məlumatına görə, Paris təmsilçisi “Monako”nun gənc hücumçusu Kilian Mbappeni heyətinə qatıb.
18 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. 2018-ci ildə isə 135 milyon avro + 45 milyon avro bonus ödəyərək 2022-ci ilə qədər müqavilə imzalanacaq.
Qeyd edək ki, Mbappe ötən mövsüm “Monako”nun heyətində 44 oyunda 26 qol vurub.