"Bavariya"dan Premyer Liqa klubuna keçdi

"Bavariya" futbolçusu Renato Sançeşi icarəyə göndərib.

Newsport.az saytının məlumatına görə, portuqaliyalı oyunçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 20 yaşlı yarımmüdafiəçi  "Suonsi Siti" klubuna 1 illik icarə əsasında çıxış edəcək. Müqavilənin bəndində satın alma şərti qoyulmayıb. Münhen təmsilçisi Sançeşi oyun praktikası qazanaması üçün icarəyə verib.

Qeyd edək ki, "Bavariya" Portuqaliya millisinin üzvünü ötən il "Benfika"dan 35 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right