“Tottenhem” növbəti transferini reallaşdırıb.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, London klubu “Estudiantes”dən Xuan Foytu heyətinə qatıb. Argentinalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Foyt üçün “Tottenhem” 10 milyon avro xərcə düşüb.
Qeyd edək ki, 19 yaşlı futbolçu “Estudientes”in heyətində cəmi 6 oyun keçirib.