"Barselona"nın futbolçusu Fransa klubuna keçdi

Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi “Barselona”nın müdafiəçisi Marlonu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik icarə müqaviləsinə imza atıblar. Lakin razılığa görə, kataloniyalılar “sambaçı”nı gələn yay da geri qaytara bilərlər.

Qeyd edək ki, 22 yaşlı mərkəz müdafiəçisi “Fluminense” klubunun yetirməsidi. Braziliyalı futbolçu "Barselona"ya 2016-cı ildə transfer edilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right