"Borussiya" müdafiəçi transfer etdi

Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Dortmund təmsilçisi "Hoffenhaym"ın futbolçusu Ceremi Tolyanı transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 23 yaşlı müdafiəçi ilə 2022-ci ilədək müqavilə imzalanıb.

Qeyd edək ki, alman futbolçu 2013-cü ildən "Hoffenhaym"da çıxış edirdi. O, Almaniyanın 23 yaşlılardan ibarət milli komandasının da üzvüdü.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right