UEFA Polşanın “Legiya” klubunu növbəti dəfə cəzalandırıb.
Newsport.az-ın Polşa mətbuatına istinadən yaydığı xəbərə görə, buna “Legiya” azarkeşlərinin açdıqları pankart səbəb olub.
UEFA-nın kluba daha əvvəl verdiyi cəzalara etiraz edən fanatlar Avropa Liqasının pley-off mərhələsinin “Şerif”lə ev oyununda ali futbol qurumunu təhqir edən pankart açmışdı. Pankartda UEFA donuza bənzədilib.
UEFA azarkeşlərinin bu hərəkətinə görə, paytaxt təmsilçisinə avrokuboklardakı bir ev oyununda həmin tribunanı bağlamaq cəzası verib. Bundan əlavə, klub 50 min avro cərimələnib.
Xatırladaq ki, UEFA bundan öncə “Legiya”nı Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Astana” ilə oyunda azarkeşlərinin açdığı pankarta görə 35 min avro dəyərində cəzalandırmışdı.