Eddi İsrafilovun müqaviləsinə xüsusi şərt qoyuldu

Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilov "Kadis"dən ayrılaraq İspaniyanın digər Sequnda təmsilçisi "Ximnastik"lə müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, İsrafilov yeni klubu ilə 3 illik müqavilə imzalayıb. "AS" qəzetinin yaydığı xəbərə görə, Tarraqona təmsilçisinin 25 yaşlı futbolçunun müqaviləsinə bənd artırıb. Belə ki, klub istənilən zaman futbolçunun müqaviləsinə xitam verə biləcək. Şərtə görə, Eddi özünü yaxşı göstərə bilməsə və intizamsızlıq etsə klubdan qovulacaq.

Qeyd edək ki, Eddi "Kadis"lə ötən ilin yayında müqavilə bağlamışdı. Millimizin üzvü "Real Mursiya", "Qranada", "Eybar" və "Kordoba" klublarında da top qovub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right