“Çelsi” Eden Azarın qardaşı Kilian Azarı transfer edib.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Macarıstanın “Uypeşta” klubunun yarımmüdafiəçisi London təmsilçisinin U-23 komandasında çıxış edəcək. 22 yaşlı futbolçu ötən mövsüm “Uypeşta”da 42 oyunda 4 qol vurub.