Eddi İsrafilovun yeni klubu məlum oldu

Millimizin və "Kadis"in futbolçusu Eddi Silvestr Paskual İsrafilovun yeni komandası məlum olub.

Newsport.az-ın məlumatına görə, karyerası ərzində klublarını əlcək kimi dəyişən yarımmüdafiəçi karyerasını İspaniyanın Sequndasında davam etdirəcək. "Kadis"də ehtiyat oyunçular skamyasının daimi sakininə olan 25 yaşlı oyunçu "Ximnastik" klubuna keçib. İsrafilovla 3 illik müqavilə imzlanıb.

Qeyd edək ki, Eddi "Kadis"lə ötən ilin yayında müqavilə bağlamışdı. Millimizin üzvü "Real Mursiya", "Qranada", "Eybar" və "Kordoba" klublarında da top qovub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right