Premyer Liqa klubunun hücumçusu "Ayaks"a yollandı

"Nyukasl" hücumçu Sim de Yonqla yollarını ayırıb. 

Newsport.az-ın məlumatına görə, o, "Ayaks"a üz tutub. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı hollandiyalı forvard sabiq klubu ilə 3 illik müqaviləyə imza atıb. Hollandiya yığmasında da oynamış De Yonq məhz "Ayaks"ın yetirməsidi.

O, 2007-2014-cü illər aralığında məhz bu komandada çıxış edib. Sim "Nyukasl" və "Ayaks"la yanaşı, PSV-də də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right