Məşhur israilli məşqçi Avram Qrant Bakıya gəlib.
Newsport.az-ın məlumatına görə, onunla paytaxtdakı otellərdən birində çəkdirdiyi şəkli “Qarabağ”ın polşalı müdafiəçisi Kuba özünün sosial şəbəkədəki səhifəsində paylaşıb.
Qrantın Bakıya səfərinin məqsədi hələlik bilinmir. O, müxtəlif vaxtlarda ölkəsində bir neçə klubu, İsrail milli komandasını, eləcə də 2007-2011-ci illər aralığında İngiltərədə “Çelsi”, “Portsmut”, “Vest Hem Yunayted” klublarını çalışdırıb.
Snuncu iş yeri Qana millisi olub. Onun rəhbərliyi altında "Çelsi" 2008-c0 ildə Çempionlar Liqasının finalçısı olub. Qrant məşqçi kimi 4 dəfə İsrail çempionu, "Partizan"la bir dəfə Serbiya çempionu, "Çelsi" ilə bir dəfə İngiltərənin vitse-çempionu adını qazanıb. Qana millisi 2015-ci ildə Afrika kubokunda 2-ci yeri tutub.