“Barselona”nın yeni transferi Usman Dembele Kataloniyanın paytaxtına gedib.
Newsport.az-ın klubun rəsmi Tvitter səhifəsində istinadən yaydığı xəbərə görə, o, artıq komandasının düşərgəsinə qoşulub. 20 yaşlı fransalı futbolçunun rəsmi təqdimatı sabah olacaq.
Qeyd edək ki, “Barselona”nın bu transfer üçün Dortmund “Borussiya”sına 105 milyon avro (üstəgəl 40 milyon bonus) təzminat ödəyəcəyi bildirilir.
