"Mlada"nın baş məşqçisi: "Kamran Ağayev lazımsız səhvlər etdi"

"Oyuna çox passiv başladıq. "Slaviya" bizdən üstün idi və layiqli qələbə qazandılar".

Newsport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın "Mlada" klubunun baş məşqçisi Duşan Uhrin deyib. 

Boleslav təmsilçisi ölkə çempinatının V turunda səfərdə "Slaviya"nın qonağı olub və böyükhesablı məğlubiyyətə düçar olub - 4:0.

Oyundan sonra yerli mətbuata açıqlama verən mütəxəssis fikirlərini bildirib. O, məğlubiyyətə əsas səbəb kimi düzgün oynamadıqlarını göstərib. Mütəxəssis komandanın qapıçısı Kamran Ağayevin də ciddi səhvlərə yol verdiyini deyib: "Pis oynadığımızı deməzdim. İkinci hissədə çox fəal idik. Ardıcıl hücumlar təşkil etsək də, təəssüflər olsun ki, fərqlənməyi bacarmadıq. Hücumlardan birini qolla tamamlaya bilsəydik, bəlkə də birinci hissədə buraxdığımız iki qolun əvəzini çıxa bilərdik. Amma əksinə oldu, qapıçımız lazımsız səhvlər etdi və qapımızda üçüncü qolu gördük. Bundan sonra oyunun axarını dəyişmək çox çətin idi". 

Çalışdırıcı komandasının özünü toparlayacağına inanır: "Deməzdim ki, pis vəziyyətdəyik. Sadəcə, komandamıza vaxt lazımdır. Növbəti oyuna qədər futbolçuları fiziki və əqli cəhətdən yaxşı hazırlaşdırmalıyıq. Düşünürəm ki, gələcəkdə hər şey yaxşı olacaq". 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right