Araz Abdullayev oynadı, komandası qələbə qazandı

Kipr çempionatında II turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, tur çərçivəsində millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" klubu səfər matçına çıxıb.

Famaqusta təmsilçisi səfərdə "Oroklinis"in qonağı olub. Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millmizin futbolçusu bu matçda forma geyinməyi bacarıb. O, oyunun 86-cı dəqiqəsində Sekou Sissenin əvəzinə meydana daxil olub. Bu, Arazın yeni klubunun heyətində keçirdiyi 2-ci rəsmi matç olub.

Qeyd edək ki, "Anortosis" bu qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində ilk pilləyə yüksəlib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right