Kamran Ağayev start heyətdə FOTO

Çexiya çempionatında 5-ci turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın qolkiperi Kamran Ağayev bu yay transfer olduğu "Mlada" klubunda debüt edəcək. Təcrübəli qapıçı "Slaviya" ilə səfərdə keçirəcəkləri matçın start heyətində yer alıb.

"Slaviya" - "Mlada" matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, "Mlada" 1 xalla 15-ci, "Slaviya" isə 8 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right