UEFA prezidentindən klublara xəbərdarlıq

UEFA prezidenti Aleksandr Çeferin Fransa mətbuatına maraqlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, yay transfer pəncərəsində maliyyə feyr-pleyinə riayət etməyən komandaların cəzalancağını bildirib.

Sloveniyalı funksioner son dövrlərdə böyük pullar qarşılığında edilə transferləri nəzərdə tutaraq “klubların qaydalara hörmət etməyini gözləyirik. Məqsədimiz onlara kömək etməkdi. Bu məsələ ilə bağlı onlara çoxlu tövsiyələr veririk. Əgər qaydalara riayət etməsələr onları ciddi cəzalar gözləyir. Bu xəbərdarlıq təkcə PSJ-yə yox, bütün klublaradı. Transfer pəncərəsi hələ qapanmayıb və hər şeyi diqqətdə saxlayırıq. İndi klub adı çəkməyəcəm, amma bu məsələdə çox həssasıq” sözlərini deyib. 

 

Qeyd edək ki, bu yay transfer pəncərəsində PSJ transfer rekordu qıraraq Neymarı “Barselona”dan 222 milyon avroya transfer edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right