"Borussiya" futbolçusu Usman Dembeleni "Barselona"ya satdığını açıqlayıb.
Newsport.az-ın Dortmund klubunun saytına istinadən yaydığı xəbərə görə, 20 yaşlı yarımmüdafiəçi yaxın vaxtlarda Kataloniya klubunda tibbi müayinədən keçəcək və daha sonra onunla müqavilə imzalanacaq.
Qeyri-rəsmi məlumata görə, 20 yaşlı oyunçu üçün "Barsa" 105 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, U.Dembele ötən mövsüm 50 matçda 10 qol vurub, 22 qolun ötürməsini verib