Albaniya milli komandasının heyəti açıqlanıb.
Newsport.az-ın məlumatına görə, baş məşqçi Kristian Panuççi “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də adını 24 nəfərli siyahıya salıb. O, sentyabrın 2-də evdə Lixtenşteyn, 5-də isə səfərdə Makedoniya ilə matçlarda komandasına kömək edə bilər.
Qeyd edək ki, millisinin kapitanı olan Aqolli yığmada 69 matçda 2 dəfə fərqlənib.