FİFA 2014-ci ilin ən yaxşı futbolçusuna təqdim olunacaq "Qızıl Top" mükafatına namizəd olan 3 oyunçunun adını açıqlayıb.
Newsport.az xəbər verir ki, namizədlər "Real"dan Kriştianu Ronaldo, "Barselona"dan Lionel Messi və "Bavariya"nın qapısını qoruyan Manuel Noyerdi.
Sözügedən futbolçular finala yüksəliblər. "Qızıl Top"un sahibi gələn il yanvarın 12-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbirdə müəyyənləşəcək.