"Mənə görə məğlub olduq, üzr istəyirəm" - Azərbaycanlı futbolçu

Moskva “Spartak”ının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov azarkeşlərdən və komanda yoldaşlarından üzr istəyib.

Newsport.az-ın məlumatına görə, Səmədov “Spartak” - “Lokomotiv” oyununda (3:4) iki sarı vərəqə alaraq, meydandan qovulub. O, meydandan qovulana qədər komandası hesabda öndə olub. Səmədov ikinci sarı vərəqəni simulyasiyaya görə alıb:

“Azarkeşlərimizdən, məşqçilər korpusundan, komanda yoldaşlarımdan üzr istəyirəm. Mənə görə komanda məğlub oldu. Mən qırmızı vərəqəni haqq etmişdim. Bir daha hər kəsdən üzr istəyirəm”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right