Barselona matəmə bürünüb. Şəhərdə törədilən terror aktı nəticəsində 13 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Newsport.az-ın məlumatına görə, “Barselona” La Liqanın ilk turunda keçiriləcək “Betis”lə oyuna xüsusi formada çıxacaq.
Terror qurbanlarının xatirəsinə hörmət olaraq, formanın arxasında futbolçuların soyadının əvəzinə Barcelona yazılacaq.
Ön hissədə isə #TotsSomBarcelona haştaqı (“Biz hamımız Barselonayıq”) yer alacaq.
Futbolçuların qolunda qara sarğı da olacaq. “Barselona” - “Betis” oyunu avqustun 20-də keçiriləcək.