"Qarabağ" "Kopenhagen"in keçə bilməyəcəyi səviyyədə komanda deyil"

"Düşünürəm ki, "Kopenhagen" əvvəlki gücündədir. Komanda yay fasiləsindən sonra zəif təsir bağışlamayıb. Sadəcə bəzi futbolçular var ki, onların gedişi özünü göstərir".

Newsport.az-ın məlumatına görə, bu sözləri danimarkalı məəşqçi Klaus Norqaard deyib. 

Ölkəsinin mətbuatına müsahibə verən mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Kopenhagen" cütündən danışıb. 

O, "Kopenhagen"in "Qarabağ" səddini keçə biləcəyini deyib: "Fikrimcə, "Kopenhagen" gedən futbolçuların yerini doldurmaqda çətinlik çəkir. Amma Danimarkada "Qarabağ"a qarşı daha yaxşı oyun gözləyirəm.  Aparıcı oyunçular daha yaxşı çıxış etməlidir. "Qarabağ" "Kopenhagen"in keçə bilməyəcəyi səviyyədə komanda deyil".

Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması avqustun 23-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right