“Mançester Siti” "qırmızı şeytanlar"ın yetirməsini istəyir

“Mançester Siti” transfer pəncərəsi bağlanmamış heyətini daha bir futbolçuyla gücləndirməyi planlaşdırır. 

Newsport.az-ın məlumatına görə, “şəhərlilər” “Vest Bromviç”in müdafiəçisi Conni Evansın xidmətində maraqlıdı.

Mançester təmsilçisi 29 yaşlı futbolçunun transferi üçün 18 milyon avro ödəməyə hazırdı. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə “Vest Bromviç”in Evans üçün daha yüksək məbləğ tələb etdiyi vurğulanıb.

“Mançester Siti”nin əzəli rəqibi “Mançester Yunayted”in yetirməsi olan müdafiəçi 7 il “qırmızı şeytanlar”ın uğurları üçün çalışıb. Evans ötən mövsümdə “Vest Bromviç”in heyətində 31 oyunda şans qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right