"Kopenhagen"in vitse-kapitanı əməliyyat olundu

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi “Kopenhagen”in futbolçusu Erik Yohansson əməliyyat olunub.

Newsport.az-ın məlumatına görə, buna təcrübəli futbolçunun dizin bağlarından xəsarət alması səbəb olub.

Belə ki, bu ölkə çempionatının IV turunda "Horsens"lə matçda zədə alan Yohanssonun çarpaz bağları qırılmışdı. Nəticədə həkimlər onun əməliyyata ehtiyacının olduğunu bildirmişdilər.

Klub 28 yaşlı müdafiəçinin əməliyyatının uğurlu keçdiyini açıqlayıb. Yohanssonun 6-9 ay ərzində sıraya dönəcəyi bildirilir.

Qeyd edək ki, vitse-kapitan ötən ildən "Kopenhagen"in uğurları üçün çalışır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right