Dadaşovun komandası "Şalke" ilə bacarmadı

Almaniya Kubokunda 2017/18 mövsümünün ilk raunduna yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Dinamo" (Berlin) da ilk matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Şalke" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. 

Bu məğlubiyyət "Dinamo"nun Almaniya Kubokunu elə ilk raunddaca tərk etməsinə səbəb olub.

Rüfət də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü sonadək oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right