Newsport.az-ın məlumatına görə, son olaraq 2015-ci ildə "Fluminense"də top qovan məşhur futbolçu yenidən yaşıl meydanlara qayıtmağa hazırdı. Amma 37 yaşlı futbolçu məşq etmək niyyətində deyil.
O, verdiyi açıqlamada bu barədə danışıb: "Futbol mənim həyatımdı. Yenidən karyeramı bərpa edə bilərəm. Məşq etmədən oyunlara çıxmağıma razılıq verən klub varsa, yenidən geri dönməyə hazıram".
Qeyd edək ki, Ronaldinyo karyerası ərzində PSJ, "Barselona" və "Milan" kimi məşhur komandalarda top qovub