Luka Modriç İtalya – Xorvatiya görüşü zamanı zədələnib.
Newsport.az-ın məlumatına görə, “Real”ın futbolçusu Luka Modriç dünən Avropa Çempionatı çərçivəsində baş tutan İtalya – Xorvatiya matçında ciddi zədə alıb. Xorvatiyalı futbolçunun bir müddət formasından uzaq qalacağı deyilir. “Kral” klubu ulduz futbolçunun yoxluğunu zədəsini yeni sağaldan Sami Xedira ilə dolduracağı gözlənilir.