İspaniyanın "Valensiya" klubu Qazaxıstan "Astana"sından futbolçu transfer edib.
Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi Nemanya Maksimoviçi heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı serbiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Maksimoviç peşəkar karyerasına Sloveniyanın "Domjale" klubunda başlayıb. O, 2015-ci ildə "Astana"ya transfer olunub. Bu klubla müqaviləsi yenicə başa çatan futbolçu "Valensiya"ya azad agent kimi keçib.
Qeyd edək ki, Serbiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinmiş Nemanya ötən ildən ölkəsinin əsas millisinə dəvət alır.