"Legiya"nın kapitanı "Qarabağ"la razılığa gəldi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" transfer axtarışlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu Polşanın "Legiya" klubunun kapitanı Yakub Rzejniçakı transfer hədəfinə alıb. Bu barədə Polşa mətbuatı xəbər yayıb. "Qarabağ" 30 yaşlı müdafiəçinin keçidi üçün Varşava klubuna təklif göndərib. İddiaya görə tərəflər razılığa gəliblər.

Məlumata görə, futbolçu artıq ölkəsini tərk edib və "Qarabağ"ın Avstriyadakı düşərgəsinə yollanıb. Yaxın günlərdə transferin rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki , Rzejniçak 2004-cü ildən "Legiya"da çıxış edir. Mərkəz müdafiəçisi Polşa millisində 8 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right