"Həyatımda belə şey görməmişdim. Oyundan öncə meydançaya nəsə səpdilər. Heç onun nə olduğunu da bilmirəm. Artıq ikinci dəqiqədə top yaşıl rəngə boyanmışdı".
Bu sözləri Norveç yığmasının futbolçusu Mats Möller Dehli "Avro-2016"nın seçmə mərhələsində millimizlə oyundan (1:0) sonra deyib.
Ölkəsinin mətbuatına danışan 19 yaşlı futbolçu fasilədə formalarını dəyişmək məcburiyyətində qaldıqlarını bildirib:
"Fasilədə formamızı dəyişmək məcburiyyətində qaldıq. Çünki formalarımız yaşıl rəngə boyanmışdı. İkinci hissədə əvəzlənməyimə gəlincə "Kardif Siti"də uzun müddətdir oynamıram. Ona görə oyunu sonadək davam etdirə bilmədim".