İngiltərənin "Çelsi" klubu futbolçusu Nathan Akeni "Bornmut"a satıb.
Newsport.az-ın məlumatına görə, hollandiyalı müdafiəçi yeni komandası ilə 5 illik müqavilə imzalayıb. Bu transfer üçün London klubuna 23 milyon avro təzminat ödənilib.
Bu keçid "Bornmut"un tarixindən ən bahalı transfer olub.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsümün ilk yarısında icarə əsasında "Bornmut"da çıxış etmiş və qışda komandaya qaytarılmışdı.