Newsport.az saytının məlumatına görə, həmyerlimiz Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Ventpils" - "Valur" oyununda fit sahibi olub.
Latviyada baş tutan qarşılaşma bərabərliklə başa çatıb. Belə ki, 90 dəqiqə ərzində komandalar fərqlənməyi bacarmayıb.
Rəhim Həsəniov bu görüşdə 1 dəfə əlini cibinə salmalı olub. O, 30-cu dəqiqədə qonaq komandnaın futbolçusu Eirikssona sarı vərəqə verib.
Qeyd edək ki, bu görüşdə Rəhim Həsənova Yaşar Abbasov və Vaqif Musayev köməklik ediblər. Dördüncü hakim funksiyasını isə Rauf Cabbarov yerinə yetirib.