Konfederasiyalar Kubokunda tarixi hadisə - Dördüncü dəyişiklik edildi

Konfederasiyalar Kubokunun yarımfinalında Portuqaliya - Çili matçı (0:0 / pen. 0:3) tarixi hadisə ilə əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, oyunun 116-cı dəqiqəsində Portuqaliya yığmasının heyətində Andre Qomeşin əvəzinə oyuna Jelson Martinş daxil olub. Bu, milli komamdaların rəsmi oyunlarında ilk dəfə olaraq edilən dördüncü əvəzetmə kimi tarixə düşüb.

Xatırladaq ki, FİFA böyük turnirlərin pley-off mərhələsində əlavə vaxtda dördüncü əvəzetmənin keçirilməsinə icazə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right