Prezident "Zirə"nin rəqibinin büdcəsini açıqladı

 "Differdanj" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Zirə" ilə qarşılaşacaq. 
 
Newsport.az-ın məlumatına görə, Bakıda baş tutacaq oyundan öncə açıqlama verən klub prezidenti olan Farbritso Bey qarşılarına ciddi hədəflər qoyduqlarını deyib: 
 
"Təbii ki, Bakıya qələbə qazanmaq üçün gəlmişik. Bunu bacarmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Hər bir komandanın hədəfi olduğu kimi, bizim də hədəflərimiz var. Mərhələ keçmək niyyətindəyik. "Zirə"ni hər iki oyunda məğlub edə bilsək, bizim üçün yaxşı nəticə olacaq".
 
Bey "Differdanj"ın büdcəsini də açıqlayıb:
 
"Burda gizlədəcək heç nə yoxdur. Klubumuzun büdcəsi 1 milyon 300 min avrodur". 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right