Avstriyada yoldaşlıq görüşündə "Qarabağ" Moskva "Dinamo"suna məğlub olub.
Newsport.az-ın məlumatına görə, oyundan sonra Rusiya təmsilçisinin baş məşçisi Yuri Kalitvintsev qələbəmi şərh edib:
"Ciddi qarşılaşma olacağı əvvəlcədən bəlli idi. Buna hazırlaşmışdıq. “Qarabağ”ın səviyyəsi bizi məsuliyyətli olmağa məcbur edirdi. Rəqib təcrübəli və yaxşı qurulmuş kollektivdi. Onlar həmişə Çempionlar Liqası və Avropa Liqasında çıxış edir. Məntiqə görə “Qarabağ”ın hazırlıq səviyyəsi daha yüksək olmalı idi. Çünki onlar tezliklə avrokuboklarda mübarizəyə start verəcək. Bu komandanı çoxdan izləyirəm və xoşuma gəlir. Amma “Qarabağ”a olan bütün hörmətimə baxmayaraq, bu günkü oyuna görə hansımızın iki həftə sonra Çempionlar Liqasında oynadığını deyə bilmərəm. Futbolçularımız işinə yanaşması, tapşırıqları yerinə yetirməsi, oyun intizamı sevindirdi. Bu gün qol imkanlarını bağışlayırıq, amma sabah onları təhlil edəcəyik. Amma belə şansların yaradılması ümid verir”.