"Zirə"nin rəqibi "Maynts"ın sabiq hücumçusunu transfer etdi

Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"yə rəqib olan "Differdanj" klubu heyətini gücləndirib.

Newsport.az-ın məlumatına görə, Lüksemburq klubu hücum xəttini gücləndirib. Komandaya son dəfə Almaniya Regional Liqasında çıxış edən "Homborq" klubundan Şadli Amri transfer edilib. 32 yaşlı hücumçu ilə "1+1" şərti ilə müqavilə imzalanıb.

Əlcəzairli futbolçunun adı “Zirə” ilə oyunlar üçün iştirak ərizəsinə salınıb.

Şadli bir zamanlar Almaniyanın "Maynts" və "Kayzerlsautern" kimi klublarında top qovub. Fransanın "Mets" klubunun yetirməsi olan forvard Əlcəzair millisində 10 oyunda forma geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right