"Maynts" yeni hücumçu transfer edib.
Newsport.az-ın məlumatına görə, bosniyalı forvard Kenan Kodronu heyyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 4 mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, Kenan son mövsümü İspaniyanın "Osasuna" klubunda keçirib. Bu ildən Bosniya və Herseqovina millisinə dəvət alan hücumçu ölkəsinin yığmasında 2 oyuna çıxıb.