Premyer Liqa klubunun yeni baş məşqçisi müəyyənləşdi

İngiltərənin "Sauthempton" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisini yeni mövsümdə Maurisio Pelleqrino çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Pelleqrino ötən mövsüm bu komandanı çalışdırmış Klod Pyueli əvəz edib.

Argentinalı mütəxəssis özü isə son olaraq İspaniyanın "Alaves" klubunu çalışdırıb. Qeyd edək ki, "Sauthempton" Premyer Liqada son mövsümü 8-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right