Sançesdən tarixi qol

Çili milli komandasının futbolçusu Aleksis Sançes Konfederasiyalar Kubokunda Almaniya ilə keçirilən oyunda (1:1) komandasının yeganə qolunun müəllifi olub.

Newsport.az-ın məlumatına görəbu qol Sançes üçün əlamətdar olub. O, yığmada 38-ci qolunu vurmaqla Çili millisinin heyətində ən çox qol vuran futbolçu olub. "Arsenal"ın futbolçusu bu göstəricidə lider olan əfsanəvi Marselo Salası geridə qoyub.

Saçes həmçinin, vurduğu qolla Konfederasiyalar Kubokunun da tarixinə düşüb. Bu qol turnirdə vurulan 400-cü qol olub





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right