Gürcüstanlı mütəxəssis: ""Qarabağ" Samtredia"dan güclüdür"

Ölkəmizdə - "Kəpəz" və "Olimpik"də çıxış etmiş Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun baş direktoru Mixail Kutsişvili Çempionlar Liqasının II təsnifat mərhələsinnin - "Qarabağ" - "Samtredia" cütünün şanslarını dəyələndirib.
 
Newsport.az-ın məlumatına görə, ölkəsinin mətbuatına müsahibə verən veteran futbolçu Ağdam təmsilçisinin mərhələ keçmək şansının çox olduğunu deyib:
 
"Bu, çox maraqlı oyun olacaq. Düşünürəm ki, "Qarabağ"ın cütün qalibi olmaq şansı çoxdur. Düşünürəm ki, onlar "Samtredia"dan güclü komandadır. "Qarabağ" maliyyə cəhətdən də bizim klubu üstələyir. Amma hansı komandanın mərhələ keçəcəyini demək bir qədər çətindir. Ümid edirəm ki, "Samtredia" layiqli mübarizə aparacaq". 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right