Kosta İspaniyaya qayıdır

"Çelsi"nin hücumçusu Dieqo Koşta keçmiş klubu "Atletiko"ya qayıtmaq istəyir.

Newsport.az-ın məlumatına görə, İspaniya millisinin üzvü bu barədə klub rəhbərliyini məlumatlandırıb. Britaniya mətbuatının yazdığına görə, iyunun 8-də Antonio Konte yeni mövsümdə ona etimad göstərməyəcəyini bildirib. Dünya çempionatı öncəsi daim oynamaq istədiyi üçün Kosta "Atletiko"ya qayıtmaqda maraqlıdı.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada 35 oyuna çıxan hücumçu 21 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right