"Köln"ün bombardiri Çin klubunda

“Köln”ün hücumçusu Antoni Modeste karyerasını Çində davam etdirəcək.
 
Newsport.az-ın məlumatına görə, bu barədə xəbəri Almaniyanın “Bild” nəşri yayıb.
 
Məlumatda “Tsyantsin Tsyuantsan”ın 29 yaşlı forvardın transferiylə bağlı “keçilər”lə razılığa gəldiyi bildirilib. Çinlilər fransalı hücumçunun keçidi üçün almanlara 35 milyon avro ödəməyi planlaşdırır.
 
Modeste ilə 3,5 illik müqavilə imzalamaq niyyətindədir. Forvardın ilinə 10 milyon avro qazanacağı da qeyd edilib.
 
Modeste son mövsümdə meydana çıxdığı 37 oyunda 27 qol vurub, 3 qol ötürməsi edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right