II Bundesliasında mübarizə aparan "Aue" klubu yeni mövsüm hazırlıqlarına başlayıb.
Newsport.az-ın məlumatına görə, komandanın yeni baş məşqçisi olan Tomas Letşin ilk məşqi ötən gün gerçəkləşib.
"Bənövşəyilər"in 2 futbolçusu hazırlıq prosesində iştirak etmir.
Söhbət Dmitri Nazarov və Mikael Mariyadan gedir. Nazarov Azərbaycan, Mariya isə Kurasao yığmasının bu ay keçirilmiş toplanışında iştirak etdiyi üçün məşqçilər korpusu tərəfindən onlara bir neçə günlük istirahət verilib. Onlar klubun düşərgəsinə digər futbolçulardan fərqli, gec qoşulacaqlar.