Rumıniya mətbuatı: "Zirə" favoritdir"

Rumıniya mətbuatı "Zirə" klubundan yazıb.

 

Newsport.az-ın məlumatına görə, həmkarlarımız qəsəbə təmsilçisini "Differdanj"la oyunda favorit hesab edir:

 

"Zirə" avrokuboklarda debüt edəcək. Avropa Liqasında "Qəbələ" və "Qarabağ" öz nəticələri ilə Azərbaycanı sevindirir. Bu komanda isə çox gəncdir və 2014-cü ildə yaranıb. İlk mövsümdə gümüş medala sahib olublar. Başa çatan mövsümü isə 4-cü pillədə başa vurublar. Bir zamanlar "Vitorul"da çıxış edən Nelson Bonilya da bu komandada bir il çıxış edib.

 

Həmçinin "Zirə" bu gün son Rumıniya çempionu "Vitorul"la qarşılaşacaq. Bu komandanın gücünü görmək maraqlı olacaq.

 

"Differdanj" isə son Lüksemburq çempionatını 2-ci pillədə bitirib. Komanda avrokuboklarda "Zirə"dən təcrübəlidir. Amma buna baxmayaraq, "Zirə" cütün favoritidir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right