21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Neftçi”nin sabiq üzvü olan Samir Məsimov Rusiya klubunda baxışdadır.
Newsport.az saytının məlumatına görə, son olaraq AZAL-da forma geyinmiş Məsimov I Divizion təmsilçisi “Fakel”də baxışdan keçməyə çalışan 15 futbolçudan biridir.