Braziliyada azarkeşlər arasında dava

Brazilya A seriyasında bu gün keçirilən “Koritiba” və “Korintias” komandalarının oyunundan öncə iki klub azarkeşləri arasında dava düşüb.

Newsport.az-ın məlumatına görə, “Korintias” azarkeşlərini stadiona gətirən avtobus yanlışlıqla rəqib komanda tərəfdə dayanıb. Bundan qəzəblənən “Koritiba” azarkeşləri avtobusu daşa basıblar. 

Qeyd edək ki, bir nəfərin ağır yaralanmasına səbəb olan hadisə polisin müdaxiləsi ilə sona çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right