Bu gün Rusiyada keçirilən Konfederasiyalar Kubokunda daha iki oyun keçiriləcək.
Newsport.az-ın məlumatına görə, günün ilk oyununda son Avropa çempionu Portuqaliya millisi KONKAKAF-ın qalibi Meksika ilə qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2.
Xatırladaq ki, bu qrupda keçirilmiş ilk oyunda Rusiya millisi Yeni Zelandiyanı 2:0 hesabıyla məğlub edib.
Kofederasiyalar Kuboku
18 iyun
A qrupu
Meksika - Portuqaliya - 2:2
Qollar: Çiçarito, 42, Moreno, 90+1 - Kuarejma, 35, Sedrik Soares, 86