Azərbaycan əsilli futbolçu Azər Əliyevin yeni komandası bəlli olub.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi "Krılya Sovetov"a keçib.
Tərəflər 1 illik müqaviləyə imza atıblar. Azər Əliyev yeni komandasında "10 nömrə"li formanı geyinəcək.
Yarımmüdafiəçi bunadək I Divizionda çıxış edən "Yenisey"in heyyətində 69 oyunda 5 qol vurub.