Madridin "Real" klubundan ayrılacağı ilə bağlı xəbəbrlər yayılan Kriştianu Ronaldo maraqlı təklif alıb.
Newsport.az-ın məlumatına görə, Almaniyanın "Herta" klubu portuqaliyalı superulduzun xidmətində maraqlıdır. Bu barədə Berlin təmsilçisi rəsmi "twitter" hesabında məlumat yayıb.
Həmin məlumatda: "Ronaldo "Real"dan ayrılmaq istəyirmiş. Pulumuz yoxdur. Amma möhtəşəm atmosfer var və Berlin səni öz övladı kimi sevər. Maraqlanarsanmı, Kriştianu" - sözləri yazılıb.
Qeyd edək ki, Ronaldo vergidən yayınması ilə bağlı İspaniya Prokurorluğunun barəsində iddia qaldırmasından sonra "Real"dan ayrılmaq qərarına gəlib. Onun hətta klub prezidenti Florentino Pereslə bu barədə danışdığı bildirilir.