Şimali İrlandiyanın futbolçusu: "Biz nadir hallarda isti hava şəraitində meydana çıxırıq"

"Bildiyimə görə, Azərbaycanda havalar çox istidir. Biz nadir hallarda isti hava şəraitində meydana çıxırıq. Buna baxmayaraq, yaxşı nəticə üçün oynayacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözlər Şimali İrlandiya millisinin üzvü Stüart Dallasa məxsusdur.  Şimali İrlandiya Futbol Federasiyasının rəsmi saytına açıqlama verən 26 yaşlı futbolçu iyunun 10-da DÇ-2018-in seçmə mərhələsində millimizə qarşı keçirəcəkləri oyun haqda danışıb. "Lids Yunayted"in futbolçusu Bakıda baş tutacaq qarşılaşmada bütün güclərini ortaya qoyacaqlarını deyib:

"Biz bütün gücümüzü ortaya qoyacağıq. Fikrimcə, nəticə bizim xeyrimizə olacaq. Yoldaşlıq oyunları çərçivəsində Yeni Zellandiya üzərində qələbə qazandıq. Buna görə də əhvalımız çox yaxşıdır. Ümid edirəm ki, bu müsbət ab-havanı Azərbaycanla oyundan sonra da qoruyacağıq". 

Qeyd edək ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Şimali İrlandiya oyunu saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right